Rəşad Sadiqov: "Bilirəm ki, "Qarabağ"dakı kimi oynamıram"

Rəşad Sadiqov: "Bilirəm ki, "Qarabağ"dakı kimi oynamıram"

"Oyuna çox ciddi hazırlaşmışıq. Səfərdə rəqibə 4:0 hesabı ilə uduzsaq da, cavab görüşünə ancaq qələbə qazanmaq üçün çıxacağıq". Siasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi" - "Hapoel" oyunundan öncə keçirilən mətbuat konfransında flaqmanın yeni kapitanı Rəşad Sadiqov deyib. O, qələbə üçün çalışacaqlarını bildirib: "Ən pis halda çalışacağıq ki, qələbə qazanaraq, Avroliqanın play-off oyunlarına yüksək ab-havada hazırlaşaq. Mən də bilirəm ki, "Qarabağ"dakı kimi oynamıram. Ola bilsin bu da müdafiəyə daha çox meyilli oynamağımla bağlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə