"Arsenal" Santa Kazorlanı transfer etdiyini rəsmən bəyan edib

"Arsenal" Santa Kazorlanı transfer etdiyini rəsmən bəyan edib

İngiltərənin "Arsenal" futbol klubu uzun müddətdir ki, transfer etmək istədiyi futbolçunu nəhayət ki, heyətinə qatmağı bacardı. Siasport.az saytı xəbər verir ki, "topçular" İspaniyanın "Malağa" klubunda forma geyən Santa Kazorlanı transfer etdiyini rəsmi şəkildə bəyan edib. Klubun rəsmi saytında yerləşdirilən məlumata əsasən, ingilis klubu bu futbolçu üçün La Liqa təmsilçisinə 18 milyon funt sterlinq ödəyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə