Nordin Amrabat: "Fənərbaxça"ya mövsümün ilk məğlubiyyətini yaşadacayıq"
İstanbulun "Qalatasaray" futbol klubunun "Kayserispor"dan transfer etdiyi Nordin Amrabat, bazar günü Ərzurumda "Fənərbaxça" ilə oynayacaqları Super Kubok qarşılaşması üçün iddialı açqılamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçu əzəli rəqiblərinə mövsümün ilk məğlubiyyətini yaşadacaqlarını deyərək, elə ilk derbi qarşılaşmasındaca Türkiyə Super Kubokunu başı üzərinə qaldıracağını iddia edib. O bildirib ki, "Fənərbaxça"nın heyətini bir neçə ulduz futbolçu ilə gücləndirməsi, onları qətiyyən narahat etmir: "Bizim heyətimizdə ilk qarşılaşmadaca "Fənərbaxça"nı yenməyə qadir olan çoxlu sayda futbolçu var. Rəqibin hansı ulduz futbolçunu transfer edib-etməməsi bizi qətiyyən maraqlandırmır. Biz öz gücümüzə arxayınıq"-deyə N.Amrabat fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB