Şalva Qadabadze olimpiadada ilk görüşündə məğlub oldu CANLI REPORTAJ

Şalva Qadabadze olimpiadada ilk görüşündə məğlub oldu CANLI REPORTAJ

London Yay Olimpiya Oyunlarında Azərbaycanın yunan-Roma güləşçisi Şalva Qadabadze (96 kq) mübarizəyə başlayır. Təmsilçimiz yarışa 1/8 final mərhələsindən qoşulacaq. Onun ilk rəqibi Rusiya pəhləvanı Rüstəm Totrovdur. Siasport.az saytı yarışdan canlı reportaj təqdim edir.

Yunan-Roma güləşi

1/8 final

Şalva Qadabadze 96 kq

----------------------------------------------------------------------------------------------------------------

Görüş başlandı.

Hələ ki, heç bir güləşçi xal qazana bilmir.

1 dəq 30 san başa çatdı.

Təmsilçimiz parterdə inamlı müdafiə olundu və rəqibin fəndinin qarşısını aldığına görə 2 xal qazandı.

Aktivinə daha bir xal yazan idmançımız ilk hissədə 3:0 hesablı qələbə qazandı.

Birinci hissə başa çatdı.

İkinci hissə başlandı.

1 dəq 30 san xalsız başa çatdı.

Rəqib parterdə yaxşı müdafiə olundu və 1 xalla ikinci hissəni qələbə ilə başa vurdu.

İkinci hissə başa çatdı.

Üçüncü hissə başlandı.

Yenə güləşçilər xal qazana bilmədilər və 1 dəq 30 san başa çatdı.

Təmsilçimiz müdafiə olunmağı seçdi və parterə oturdu.

Rəqib 2 xal qazandı.

Təəssüf ki, Şalva Qadabadze məğlub oldu.

Əgər Rüstəm Totrov finala çıxa bilsə, Şalva bürünc medal uğrunda yarışmaq imkanı əldə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə