Azərbaycan - Bəhreyn oyununun biletlərini dəyişmək mümkün olacaq

Azərbaycan - Bəhreyn oyununun biletlərini dəyişmək mümkün olacaq

Avqustun 15-də keçiriləcək Azərbaycan - Bəhreyn oyununa bu günə qədər bilet almış azarkeşlər biletlərini yenisi ilə dəyişə bilərlər. Siasport.az saytının məlumatına görə, AFFA azarkeşlərə bu imkanı avqustun 13-dən etibarən yaradacaq.

Xatırladaq ki, Azərbaycan - Bəhreyn qarşılaşması, əvvəlcədən nəzərdə tutulduğu kimi, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da deyil, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə