Cavid İmamverdiyev: "Bunu bacaracağımıza inanıram"

Cavid İmamverdiyev: "Bunu bacaracağımıza inanıram"

"Neftçi" PFK-nın futbolçusu Cavid İmamverdiyev "Hapoel"lə oyunöncəsi fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, o, azarkeşlərin güclü dəstəyinə ehtiyaclarının olduğunu qeyd edib: "Hapoel" Kiryat-Şmona ilə səfər matçında imkanlarımızdan çox zəif çıxış etdik. Müdafiədə buraxdığımız kobud səhvlər qapımıza vurulan 4 qolla nəticələndi. İstənilən halda məğlubiyyətlə barışmaq fikrimiz yoxdur. Cavab qarşılaşmasında əlimizə düşəcək qol imkanlarından maksimum yararlana bilsək, vəziyyəti xeyrimizə dəyişə bilərik. Azarkeşlərin də güclü dəstəyi ilə bunu bacaracağımıza inanıram".

Bütün xəbərlər Facebook səhifəmizdə