Qadın futbolu üzrə məşqçilər üçün seminar keçirilir FOTO

Qadın futbolu üzrə məşqçilər üçün seminar keçirilir FOTO

Bu gündən etibarən Bakı şəhərində qadın futbolu üzrə məşqçilər üçün FIFA-nın seminarı başlayıb. Siasport.az saytının məlumatına görə, AFFA-nın Futbol Akademiyasında təşkil olunmuş seminar FIFA təlimatçısı Vera Pauvun rəhbərliyi ilə keçirilir. Məşğələlərdə U-17 UNICEF qızlar Liqası və U-15 qızlar Liqasında çıxış edən komandaların məşqçiləri iştirak edir. Seminar avqustun 10-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə