DÇ-nin rəsmi kubokunun sponsor turu start götürdü FOTO

DÇ-nin rəsmi kubokunun sponsor turu start götürdü FOTO

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin kuboku bu gün DÇ-nin milli dəstəkçilərindən olan Xalq Banka təqdim edilib. Siasport.az saytının məlumatına görə, Xalq Bankın baş ofisində keçirilən rəsmi təqdimat mərasimində AFFA-nın baş katibi, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov, AFFA-nın Marketinq və Reklamlar Departamentinin rəisi Cavid Qarayev, Xalq Bank-ın İdarə Heyəti sədrinin müavini Xəzər Bağırlı iştirak ediblər.

Arzu edən hər kəs Xalq Bankın əsas binasında sərgilənəcək və bankın digər filiallarına da aparılacaq kubokla fotoşəkil çəkdirə bilər. Şəkillər Xalq Bank tərəfindən çərçivəyə salınaraq elə oradaca azarkeşlərə təqdim ediləcək. Xalq Bankın ofisində kubokla birlikdə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi talismanı Top Top Qız-ı görmək və burada yerləşdirilmiş məlumat lövhəsində müvafiq məlumatlar əldə etmək olar.

Xatırladaq ki, rəsmi kubok avqustun 6-a qədər AFFA-nın inzibatı binasında sərgilənib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com