London Olimpiya Oyunlarında yüngül atletikanın 5000 m məsafəyə qaçış növündə təsnifat mərhələsinə start verilir. Yarışa Azərbaycan təmsilçisi Layeş Abdullayeva da qatılır. Siasport.az saytı yarışdan canlı reportaj təqdim edir.
Qeyd edək ki, təmsilçimiz finala vəsiqə qazanmaq üçün bu mərhələdə 1-ci, yaxud hər iki yarımfinalda 36 iştirakçı arasında səkkizlikdə olmalıdır.
İdmançımız ikinci qrupda 18 atletlə yarışır.
Atletika, qadınlar, 5000 m
Təsnifat mərhələsi
Layeş Abdullayeva (AZƏRBAYCAN)
-------------------------------------------------------------------------------------------------------------------------------
Yarış başlandı.
Yaponiyalı idmançı öndədir.
600 metr arxada qaldı
1800 metr məsafə başa çatdı.
Artıq 6 dəqiqədir yarış davam edir.
Amerikalı və yoponiyalı idmançılar liderdir.
Azərbaycan təmsilçisi Layeş Abdullayeva isə hələ ki 8-cidir.
Artıq 2600 metr arxada qaldı.
Yarışın startından 10 dəqiqə keçdi.
Amerika idmançısı hələ də liderliyini davam etdiirir.
Layeş Abdullayeva hələ ki, ilk onluqda görsənmir.
14 dəqiqə geridə qaldı.
Artıq idmançılar sonuncu dairəni qaçırlar.
Birinci yerə Misir idmançısı, ikinci və üçüncü yerlərə isə keniyalı atletlər çıxdılar.
Təəssüf ki, Layeş Abdullayeva sonuncuların sırasında oldu və yarışla vidalaşdı.
O, 15:45.69 san nəticə ilə 17-ci oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB