"Fənərbaxça" və "Qalatasaray" avqustun 12-də Ərzurumda üz-üzə gələcəklər!

"Fənərbaxça" və "Qalatasaray" avqustun 12-də Ərzurumda üz-üzə gələcəklər!

Türkiyə Super Kuboku uğrunda keçiriləcək qarşılaşmanın vaxtı müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, türk futbolunun iki əzəli rəqibi avqustun 12-də, Bakı vaxtı ilə saat 22:55-də Ərzurum şəhərində üz-üzə gələcəklər. Türkiyə mətbuatı xəbər verir ki, hər iki komanda bu qarşılaşmaya böyük önəm verirlər. Həm "Qalatasaray"ın, həm də "Fənərbaxça"nın məşqçiləri komandalara qoşulan yeni transferlərə də bu oyunun əhəmiyyəti barədə geniş məlumat veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə