Kanoeçilərimiz olimpiadada finala çıxdılar CANLI REPORTAJ

Kanoeçilərimiz olimpiadada finala çıxdılar CANLI REPORTAJ

Yay Olimpiya Oyunlarında avarçəkmənin kanoe növü üzrə seçmə mərhələ çərçivəsində 1000 metr məsafəyə yürüşə start verilir. Yarışa kanoeçi duaetimiz Sergey Bezuqlıy - Maksim Prokopenko cütlüyü qoşulur. İdmançılarımız saat 13:46-da yürüşə çıxacaqlar. Siasport.az saytı yürüşdən canlı mətn və video - reportaj təqdim edir.

-------------------------------------------------------------------------------------------------------------------------------

Hər qrupda ilk 2 yeri tutanlar birbaşa əsas finala yüksələcəklər. Geridə qalan 10 cütlük isə 2 qrupa bölünəcək və yarımfinal üçün yarışacaq. Bu mərhələ saat 15:09-da başlayacaq. Yarımfinalda hər qrupda ilk 3 yeri tutanlar final yürüşündə iştirak edəcəklər. Bu mərhələ isə avqustun 9-da saat 13:30-da başlayacaq. Burada geridə qalanlar isə B finalında yarışacaqlar.

Avarçəkənlərimiz 2-ci qrupda yarışırlar.

1-ci qrup

1. Aleks Haas – Ceyk Donagey (Avstraliya)

2. Maosinq Huanq – Li Kianq (Çin)

3. Yaroslav Radon – Filip Dvoryak (Çexiya)

4. Peter Kretşmer – Kurt Kuşela (Almaniya)

5. Aleksey Korovaşkov – İlya Pervuxin (Rusiya)

6. Martsin Qrjibovski – Tomaş Kaçor (Polşa)

2-ci qup

1. Nelson Henrikes – Fortunato Pakavira (Anqola)

2. Sergey Torres – Xose Karlos Bulnes (Kuba)

3. Liviu Lazar-Dumitresku – Viktor Mixalaki (Rumıniya)

4. Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus)

5. Sergey Bezuqlıy – Maksim Prokopenko (AZƏRBAYCAN)

6. Erlon Silva – Ronilson Oliveyra (Braziliya)

-------------------------------------------------------------------------------------------------------------------------------

İlk gedişdə 1-ci qrupun idmançıları yarışırlar. Artıq yarışa start verildi.

Almaniya təmsilçiləri öndədir.

Peter Kretşmer – Kurt Kuşela (Almaniya) dueti 500 metri öndə tamamlayırlar. Yürüş davam edir.

Almaniya idmançıları 1-ci, Rusiya təmsilçiləri 2-ci, Çin avarçəkənləri 3-cü oldular.

İndi isə 2-ci qrupunun yürüşünə start verilir.

Sergey Bezuqlıy – Maksim Prokopenko (AZƏRBAYCAN) dueti 5-ci sırada yarışır.

Yarışa start verilsə də hakimlər bunu qeydə almırlar. Ruminiya təmsilçiləri start fitindən öncə xətti keçdilər.

Yarışa yenidən start verilir.

Hələ ki, avarçəkənlərimiz liderdirlər. Onlar ilk yerdə irəliləyirlər.

İdmançılarımız 500 metri 1-ci keçdilər.

Təmsilçilərimiz rəqiblərindən xeyli aralanıblar.

Sergey Bezuqlıy – Maksim Prokopenko (AZƏRBAYCAN) dueti 750 metri də rəqiblərindən xeyli aralıda 1-ci keçdilər.

İdmançılarımız birinci oldulaaaaaaaaaaaaaaaaar.

Onlar 3.38.042 san nəticə ilə birbaşa finala vəsiqə qazandılar.

Bütün xəbərlər Facebook səhifəmizdə