"Qalatasaray"ın qolkiperi Fernando Muslera Fransa millisinə qarşı...
Futbol üzrə Uruqvay millisinin baş məşqçisi Oskar Tabarez, Fransa ilə oynayacaqları qarşılaşmada "Qalatasaray"lı qolkiper Fernando Musleranı da ilk 11-liyə daxil edib. Siasport.az saytı xəbər verir ki, avqustun 15-də keçirləcək qarşılaşma üçün baş məşqçi ilk 11-likdə oynayacaq bütün heyəti müəyyənləşdirib. F.Musleranın Uruqvay millisinin heyətinə cəlb olunması isə, ilk növbədə "Qalatasaray" rəhbərliyini narahat edib. Sabah "Türk Telekom Arena"da "Fiorentina" ilə yoldaşlıq qarşılaşması keçirəcək "cim bom", qolkiperinin yoldaşlıq oyununda zədə alacağından narahatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB