Asif Mirili: "Doğma komandama qayıdacağıma ümid edirəm"

Asif Mirili: "Doğma komandama qayıdacağıma ümid edirəm"

Xəbər evridyimiz kimi "İnter"in gənc yarımmüdafiəçisi Asif Mirili mövsümü icarə əsasında "Simurq" komandasında keçirəcək. Siasport.az saytının məlumatına görə, komandanı tərk etməzdən öncə Asif sövdələşmənin necə baş tutmasından danışdı və cari çempionatdan nə gözlədiyini açıqladı: "Kaxaber Tsxadadze və "İnter" rəhbərliyilə məsləhətləşmələrdən sonra belə qərara gəldik ki, cari mövsümü "Simurq" komandasında keçirim. Mənim "İnter"lə müqaviləm 2014-cü ilə qədərdir və doğma komandama qayıdacağıma ümid edirəm. Hələlik isə "Simurq" üçün faydalı oyunçu olmağa çalışacağam və komandaya kömək etmək üçün əlimdən gələni edəcəyəm. Düşünürəm ki, mənə hələ "İnter"də çalışdığı zaman yaxşı tanış olan baş məşqçi Giorgi Çixradze də kömək edəcək. İstənilən halda ümid edirəm ki, cari mövsüm mənim üçün uğurlu olacaq".

Qeyd edək ki, futbolçunun icarə müddəti cari mövsümün sonunda başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə