Fatih Terim: "Fənərbaxça" çempionluğu 4 il unutsun"

Fatih Terim: "Fənərbaxça" çempionluğu 4 il unutsun"

Türkiyə mətbuatında İstanbulun "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terim haqqında yeni məlumat dərc olunub. Siasport.az saytı xəbər verir ki, Türkiyənin "Spor3" idman saytı, "imperator"un daha 4 il Türkiyə çempionluğunu qazanmaq üçün mükəmməl plan hazırladığını, komanda rəhbərliyinin də bu plana müsbət yanaşdığını yazır. Saytın yazdığına görə, "imperator"un uzun illəri nəzərdə tutan bu planına təxminən 800 milyon avroluq vəsait xərclənəcək. İdman saytı iddia edir ki, klub rəhbərliyi də bu plana "hə" deyib və "Qalatasaray" prezidenti Ünal Aysal ilə görüşən F.Terim, "Əgər bu planı həyata keçirə bilsək, o zaman "Fənərbaxça" çempionluğu 4 il unutsun" deyərək fikrini klub prezidentinə izah edib.

Bütün xəbərlər Facebook səhifəmizdə