"Mançester Siti" "Liverpul"un futbolçusuna 25 milyon avro təklif edir
İngiltərənin "Mançester Siti" futbol klubu daha bir futbolçunu heyətinə qatmağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, ərəb şeyxlərinin sponsoru olduqları ingilis klubu, "Liverpul"un forvardı Daniel Aggeri transfer etməyi planlaşdırır. Yeni mövsümdə heyətini gücləndirməyi planlaşdıran Mançester şəhərinin təmsilçisi, danimarkalı futbolçunun transferi üçün "Liverpul"a düz 25 milyon avro təklif edib. Britaniya mətbuatı yazır ki, artıq tərəflər arasında futbolçunun transferi ilə bağlı müzakirələrə başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB