"Simurq" klubu heyətinə yeni futbolçu qatıb. Siasport.az saytının məlumatına görə, komanda Bakının "İnter" klubuna məxsus Asif Mirilini icarə əsasında transfer edib. 21 yaşlı gənc yarımmüdafiəçi mövsümün sonuna qədər "sarı-qaralar"ın şərəfini qoruyacaq və "Simurq"da 14 nömrəli forma ilə mübarizə aparacaq.
Qeyd edək ki, 2004-cü ildən "İnter" klubunda karyerasını davam etdirən Asif Mirili 19 yaşlılardan ibarət Azərbaycan yığmasına da dəvət edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB