Azərbaycan Premyer Liqasında 2012/13 mövsümünün startı daha 2 futbolçunun ilk dəfə "Xəzər Lənkəran" forması geyinməsi ilə əlamətdar oldu. Siasport.az saytının məlumatına görə, ilk turun "Rəvan"la səfər oyununda Orxan Sadıqlı və Ağabala Ramazanov cənub təmsilçisində ilk rəsmi matçlarını keçirdilər.

Bakıdakı qarşılaşmayadək 145 oyunçu "ağ-yaşıl" formada meydana çıxmışdı. Onlardan 89-u legioner, 56-sı yerli futbolçu idi. "Rəvan"la oyuna start heyətində çıxan Orxan bu siyahıya 146-cı kimi daxil oldu. Komandada 57-ci yerli futbolçu olan qapıçı indiyədək "Xəzər Lənkəran"ın qapısını qorumuş 10-cu qolkiper kimi tarixə düşdü. Ona qədər Kamran Ağayev – 161, Dmitri Kramarenko – 53, Aleksandr Martyoşkin – 51, Mikayıl Yusifov – 17, Milorad Koraç – 14, Kamal Bayramov – 7, Denis Romanovs – 5, Ramiz Kərimov – 4, Yevgeni Kopil – 1 oyunda "Xəzər Lənkəran"ın "1 nömrə"si olmuşdu.

"Rəvan"la qarşılaşmanın sonlarında oyuna daxil olan Ağabala isə komandanın tarixində 147-ci futbolçu oldu. O, bu siyahıya adını 58-ci azərbaycanlı kimi yazdırdı.

Qeyd edək ki, mövsümün arxada qalan hissəsində daha 1 futbolçu "Xəzər Lənkəran"da debüt etmişdi. Buna nail olan Ruslan Abışovun debütü Avropa Liqasında gerçəkləşmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...