Flavinyo: "Qələbəyə köklənmişik"

Flavinyo: "Qələbəyə köklənmişik"

"İsraildə baş tutmuş ilk matçda nə baş verdiyini izah etmək çətindir. 0:4 hesabına bəraət qazandırmaq niyyətim yoxdur". Siasport.az saytının mılumatına görə, bu sözləri "Neftçi" PFK-nın futbolçusu Flavinyo deyib. O, məğlubiyyətin əvəzini çıxmağın mümkün olduğunu bidirib: "Məğlubiyyətin əvəzini çıxmaq üçün gözəl şansımız var. Komanda olaraq ümidimizi itirməmişik və qələbəyə köklənmişik. Onu da deyim ki, "Hapoel" Kiryat-Şmona ilə cavab oyununda azarkeş dəstəyinə daha çox ehtiyacımız var. İnanıram ki, onlar bizi bu qarşılaşmada tək qoymayacaqlar. Fürsətdən istifadə edib bütün neftçisevərləri bizi dəstəkləməyə çağırıram".

Bütün xəbərlər Facebook səhifəmizdə