Məhəmmədrəsul Məcidov yarımfinala çıxdı və olimpiya medalını təmin etdi CANLI

Məhəmmədrəsul Məcidov yarımfinala çıxdı və olimpiya medalını təmin etdi CANLI

London Yay Olimpiya Oyunlarında +91 kq çəki dərəcəsində yarışan bokçumuz Məhəmmədrəsul Məcidov rinqə çıxır. Siasport.az saytının məlumatına görə, o, Rusiya idmançısı Maqomed Omarovla qarşılaşır. Əgər idmançımız bu döyüşdə qalib gəlsə, yarımfinala vəsiqə qazanacaq və ən azı bürünc medalı təmin edəcək.

Xatırladaq ki, boksçumuz ilk döyüşündə konqolu Meji Mvanbanı nokaut edib. Onun rəqibi isə ABŞ idmançısına xal hesabı ilə qalib gəlir.

--------------------------------------------------------------------------------------------------------------------------------

Döyüşün başlanmasına bir neçə dəqiqə qalıb.

Boksçular rinqə dəvət olunurlar.

Hər iki boksçu artıq rinqdədir.

Döyüş başlandı.

Boksçular qarşılıqlı zərbələr endirirlər.

Məcidovun bir düzgün zərbəsi rəqibi sarsıtmağa yetəcək, ancaq hələ ki, zərbələr o qədər güclü alınmır.

Boksçumuz müdafiədə inamlı təsir bağışlayır.

Birinci hissə başa çatdı, hesab 4:4-dür.

İkinci hissə başlandı.

Hər iki boksçu zərbələr endirirlər.

Zalda azarkeşlərimiz aktivlik nümayiş etdirilər.

Boksçumuz bir neçə dəqiq zərbə endirə bildi.

İkinci hissə başa çatdı, 7:6 hesabı ilə rusiyalı boksçu öndə keçdi.

Ümumi hesab 11:10-dur.

Üçüncü hissə başlandı.

Təmsilçimiz dəqiq zərbə vursa da, özü də bir zərbəyə tuş gəldi.

Rəqibin yorğun olduğu görsənir.

Məcidov təşəbbüsü ələ aldı.

Boksçumuz bir neçə dəqiq zərbə endirdi.

Məcidov rəqibini açıq-aşkar döyməyə başladı.

Təmsilçimiz aşkar şəkildə üstündür.

Döyüş bitdi, boksçular hakimlərin qərarını gözləyirlər.

Bəli, qələbə bizimdiiiiiiiiiiiiiiiiiiiiiir. Boksçumuz qələbə qazandıııııııııııııııııııııııııııııııııııııııııı.

Məcidov olimpiya medalını təmin etdi.

Təmsilçimiz son hissədə 7:3 hesabı ilə rəqbindən üstün oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə