Məşhur rokçu voleybolçu Neslihana eşq elanı etdi

Türkiyənin qadın voleybolçulardan ibarət yığma komandasının üzvünə London Olimpiadasında eşq elan olunub. Siasport.az saytının məlumatına görə, məşhur "Red Hot Çili Peppers" musiqi qrupunun üzvü "Flea" (birə) ləqəbli Maykıl Peter Balzari "Twitter" səhifəsində Türkiyə millisinin voleybolçusu Neslihan Darnelə aşiq olduğunu yazıb.

Tanınmış rok qrupunun bas gitaraçısı və kino aktyoru 49 yaşlı Balzari öz səhifəsində ingilis dilində bu sözləri yazıb: "Neslihan Darnel, sənə ilk baxşıdan vuruldum".

Bu yazı musiqiçinin türkiyəli sevənləri tərəfindən həmin an paylaşılıb və sosial medianın diqqətindən yayınmayıb. Türk fanatlardan biri isə Neslihan Darnelin ailəli və övladının olduğunu yazıb. Lakin musiqiçidən hələlik buna bir cavab gəlməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə