XXX Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə yığmamızın üzvü Saman Təhmasibi yarışlara qatılıb. Siasport.az saytının məlumatına görə, 84 kq çəki dərəcəsində mübarizə aparan idmançımızın ilk rəqibi gürcüstanlı Vladimir Qeqeşidze olub. Birinci hissədə 0:2 hesabı ilə məğlub olan təmsilçimiz, ikinci hissədə 2:0 hesablı qələbə qazanıb. Əlavə olunmuş vaxtda isə rəqib fənd işlədərək görüşün qalibi olub.
Qeyd edək ki, Vladimir Qeqeşidze finala çıxa bilsə, Saman Təhmasibi bürünc medal uğrunda yarışmaq imkanı əldə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB