Azərbaycan - Bəhreyn matçının stadionu dəyişdi

Azərbaycan - Bəhreyn matçının stadionu dəyişdi

Xəbər verdiyimiz kimi, avqustun 15-də, saat 21:00-da, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da Azərbaycan və Bəhreyn milli komandaları arasında yoldaşlıq oyunu keçirilməli idi. Siasport.az saytının məlumatına görə, Bəhreyn Futbol Federasiyası tərəfindən AFFA-ya ünvanlanmış rəsmi müraciətdə qarşılaşmanın süni deyil, təbii ot örtüklü meydançada keçirilməsi ilə bağlı xahiş öz əksini tapıb. Həmin müraciət nəzərə alınaraq, Azərbaycan - Bəhreyn oyununun İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilməsi ilə bağlı AFFA tərəfindən qərar qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə