17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Estoniyanın Tallin şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 2 yoldaşlıq oyunu keçirəcək. Siasport.az saytının məlumatına görə, yığmamız avqustun 14-də Estoniya, avqustun 17-də isə Finlandiya komandası ilə qarşılaşacaq. Estoniya - Azərbaycan oyunu yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 18:00), Azərbaycan - Finlandiya qarşılaşması isə yerli vaxtla saat 14:30-da (Bakı vaxtı ilə saat 16:30) başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB