Azərbaycan Premyer Liqasının ilk turunda "Qəbələ" ilə "sülh bağlayan" "Simurq" artıq növbəti matçın hazırlıqlarına start verib. Siasport.az saytının məlumatına görə, yüngül isinmə hərəkətləri ilə başlayan məşq, ikitərəfli oyunla tamamlanıb. Əsas heyətdə yer almayan futbolçular isə komandadan ayrı çalışıb. Yalnız "Qəbələ" ilə oyunda dizindən zədələnən Rüstəm Abasov bu günkü məşqdə iştirak etməyib.
Qeyd edəki, "Simurq"un növbəti turdakı rəqibi "Bakı" klubu olacaq. Qarşılaşma avqustun 10-nu paytaxt klubunun bazasında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB