Könüllülər Kubokla FOTO

Xəbər verdiyimiz kimi, bu günə qədər FIFA U-17 qadınlararası dünya çempionatının rəsmi kuboku AFFA-nın inzibati binasında sərgilənib. Siasport.az saytının məlumatına görə, həmin ərəfədə bir çox futbol həvəskarlarının və media nümayəndələrinin kubokla foto çəkdirmək imkanı olub. Dünya çempionatının Yerli Təşkilat Komitəsinin könüllüləri də fürsəti əldən verməyərək həftəsonu rəsmi kubokla fotosessiya ediblər.

Xatırladaq ki, yaxın günlərdə start veriləcək regional kubok turunda maraqlanan hər kəsin rəsmi kuboku görmək və onunla foto çəkdirmək şansı olacaq.

Qeyd edək ki, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə gənc, pozitiv enerjisi və qarşılıqsız dəstəyi ilə YTK-nın işinə dəyər qatan 1000-ə yaxın könüllü cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com