Premyer Liqanın cari mövsümünün birinci turunda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş "Sumqayıt" və AZAL oyununda FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 diqqətdən kənarda qalmayıb. Siasport.az saytının məlumatına görə, çempionatın Yerli Təşkilat Komitəsinin (YTK) yaxından iştirak etdiyi "Sumqayıt" - AZAL qarşılaşmasında yarışın rəsmi talismanı Top Top Qız yaşıl meydançaya çıxaraq azarkeşləri salamlayıb. Çempionatla bağlı ümumi məlumatları özündə əks etdirən broşurlar və digər təbliğat materialları oyun zamanı YTK nümayəndələri və çempionatın könüllüləri tərəfindən tribunalarda əyləşən azarkeşlərərə təqdim olunub. FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi dostu, müğənni Çingiz Mustafayevin oyunun fasiləsində çıxışı isə azarkeşlərdə yüksək əhval-ruhiyyə yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB