Futbolçu meydanda dünyasını dəyişdi

Futbolçu meydanda dünyasını dəyişdi

Rumıniyanın ikinci liqa komandalarından "Delta Tulça" klubunda oynayan nigeriyalı hücumçu Henri Çinonso məşq zamanı keçirdiyi infarkt nəticəsində həyatını itirib. Siasport.az saytının məlumatına görə, stadionda Henriyə ilk müdaxiləni hadisəni izləyən bir azarkeş edib.
Meydanda təcili yardım maşını və ilk yardım vasitəsi olmayıb. Çinonsonu 7dəqiqə sonra gələn səhiyyə işçilərinin səylərinə baxmayaraq, xilas etmək mümkün olmayıb.
21 yaşlı hücumçunun ölümünə görə ruminyalı futbolçular və onu izləyənlər təcili yardım heyəti ilə dava ediblər.

Aygün Osmanova

Bütün xəbərlər Facebook səhifəmizdə