Çəkicatma yarışlarında olimpiya çempionu məlum olub

Çəkicatma yarışlarında olimpiya çempionu məlum olub

Macarıstan atleti Krijtian Parş çəkicatma yarışlarında 80,5 metr nəticə ilə olimpiya çempionu olub. Siasport.az saytının məlumatına görə, Böyük Britaniyanın paytaxtı Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında 79,3 metr nəticə göstərən sloveniyalı Primoş Kozmuş gümüş, yaponiyalı Kodzi Murofusi (78,7 metr) isə bürünc medal qazanıb.

Qeyd edək ki, Azərbaycan atleti Dmitri Marşin isə Olimpiya Oyunlarında 72,8 metr nəticə göstərərək finala vəsiqə qazana bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə