Səbayel Qurbanova Avropa çempionatının oyununu idarə edəcək

Səbayel Qurbanova Avropa çempionatının oyununu idarə edəcək

FİFA referisi Səbayel Qurbanova beynəlxalq oyunlara təyinat alıb. Siasport.az saytının məlumatına görə, sentyabrın 30-dan oktyabrın 7-dək 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Belarusda keçiriləcək 9-cu qrupunun oyunlarını idarə edəcək hakimlərdən biri Səbayel Qurbanova olacaq. Turnirdə daha bir təmsilçimiz - FIFA referi köməkiçisi Gülyana Güvəndiyeva da iştirak edəcək.

Bu qrupda Belarus, Finlandiya, İrlandiya və Gürcüstan yığmaları mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com