Murad Məmmədov UEFA kubokunun oyunlarına təyinat alıb

Murad Məmmədov UEFA kubokunun oyunlarına təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb. Siasport.az saytının məlumatına görə, futzal üzrə UEFA kubokunun ilkin seçmə mərhələsinin C qrupunda keçiriləcək oyunların hakim-inspektoru Murad Məmmədov olacaq.

Oyunları avqustun 8-də start götürəcək bu qrupda Avstriyanın "Olstarz", İrlandiyanın İİD, İsveçrənin "Minerva" və Türkiyənin "Ankara" klubları mübarizə aparacaq. Qrupun qarşılaşmaları Avstriyada keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə