"Arda Turan "Atletiko Madrid"in 3 əsas futbolçusundan biridir"

"Atletiko Madrid" futbol klubunun baş məşqçisi Dieqo Simeone, türkiyəli futbolçuya çox güvəndiyini deyib
"Arda Turan "Atletiko Madrid"in 3 əsas futbolçusundan biridir"

İspaniyanın "Atletiko Madrid" futbol klubunun baş məşqçisi Dieqo Simeone, türkiyəli futbolçu Arda Turanla bağlı bir sıra açıqlamlarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, argentinalı futbol mütəxəssisi, adı son vaxtlar İstanbulun "Qalatasaray" futbol klubuna transfer olunacağı ilə bağlı müzakirələrdə hallandırılan A.Turanın olduqca önəmli futbolçu olduğunu deyərək, ona çox güvəndiyini açıqlayıb. "AS" qəzetinə müsahibə verən baş məşqçi bildirib ki, hazırda A.Turan "Atletiko Madrid"in 3 əsas futbolçusundan biridir və onu transferə çıxarmağı heç ağlından da keçirmir. D.Simeone, A.Turanı heyətində görmək istəyən komandanın ən azından 24 milyon avrosundan keçməli olacağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə