"Abola" qəzeti: "Fənərbaxça" Kardoza üçün "Benfika"ya 14 milyon avro təklif edib
Qəzetin yazdığına görə, artıq tərəflər transferlə bağlı razılığa gələrək gələn həftə futbolçunun keçidini rəsmiləşdirməyi planlaşdırırlar
Portuqaliyanın "Benfika" futbol klubunun ulduz futbolçusu koryerasını İstanbulda davam etdirə bilər. Siasport.az saytı xəbər verir ki, bu barədə Portuqaliyanın yüksək tirajlı "Abola" qəzeti yazır. Portuqaliya nəşrinin iddiasına görə, "Fənərbaxça" klubu "Benfika"lı Kardoza üçün qarşı tərəfə 14 milyon avro ödəməyə hazırlaşır. Qəzet iddia edir ki, əvvəlcə "Fənərbaxça" rəhbərliyi futbolçunun transferi üçün 11 milyon avro təklif etsə də, "Benfika" yalnız 14 milyon avro ödənildiyi zaman futbolçunun transferinə yaşıl işıq yandıracağını açıqlayıb. Qəzetin yazdığına görə, artıq tərəflər transferlə bağlı razılığa gələrək gələn həftə futbolçunun keçidini rəsmiləşdirməyi planlaşdırırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB