İstanbulun "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terim, yenidən İtaliya mətbuatının diqqət mərkəzinə düşüb. Siasport.az saytı xəbər verir ki, "imperator" ləqəbli məşhur futbol mütəxəssisi, "Qalatasaray"ın "Latsio" ilə keçirdiyi yoldaşlıq oyunundan sonra, italyan həmkarlarımızın "sual yağışına" tuş gəlib. Bir vaxtlar "Milan" və "Fiorentino" kimi futbol klublarını çalışdırmış F.Terimin yenidən İtaliyaya dönüb-dönməyəcəyini bilmək istəyən italiyalı jurnalistlərə, "imperator" maraqlı cavablar verib: "Mən hazırda "Qalatasaray"ın sükanı arxasındayam. Əsas məqsədimiz UEFA Çempionlar Liqasında uğurla çıxış edib Avropadakı hədəflərimizi gücləndirməkdir. İtaliyaya qayıdıb-qayıtmayacağımı zaman göstərər"-deyə F.Terim fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB