Qurban Qurbanov: "Rəqiblərimizi hələ tam tanımırıq"

Qurban Qurbanov: "Rəqiblərimizi hələ tam tanımırıq"

"Ölkənin ən yaxşı komandasına qarşı oynadıq. "İnter" Avroliqada ikinci mərhələni keçə bilməsə də, çox yaxşı oynadı". Siasport.az saytının məlumatına görə, bu barədə Azərbaycan Premyer Liqasının I turunun mərkəzi qarşılaşması olan "İnter" - "Qarabağ" (1:1) oyunundan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurban açıqlama verib. Baş məşqçi rəqiblərini tam tanımadıqlarını qeyd edib: "Mövsümə qələbə ilə başlamaq istəyirdik, lakin son dəqiqələrdə buraxdığımız qol planlarımızı pozdu. Bir xal qazandıq, ümumilikdə yaxşı oyun oldu. Əks-hücumda yaxşı oynadıq, ikinci hissədə komandanın zəif cəhətlərini görmək imkanımız oldu. Heyətlərindəki dəyişiklikləri nəzərə alsaq, rəqiblərimizi hələ tam tanımırıq. Ona görə də, qarşıdakı turlarda bizə çətin olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə