Yunis Hüseynov: "Səhv buraxdıq və bunun nəticəsində qapımızda qol gördük"
Azərbaycan Premyer Liqasının I turunda "Xəzər Lənkəran" səfərdə "Rəvan"ın qonağı olub. Siasport.az saytının məlumatına görə, 1:1 hesabıyla başa çatan qarşılaşmadan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov matç barədə fikirlərini bildirib. O, rəqibin oyunlarını analiz edə bilmədiklərini qeyd edib: "Çempionatın başlaması münasibətilə bütün futbolçuları və komandaları təbrik edirəm. Biz Avropa Liqasında dörd qarşılaşmada meydana çıxmışdıq. Yəqin ki rəqib komanda bizim oyunlarımıza baxıb analiz etmişdilər. Ancaq təəssüf ki, biz "Rəvan" komandasının oyunlarını analiz edə bilməmişdik. Gərgin oyun oldu. Qələbə qazanmaq üçün bir çox imkanlarımız oldu. Əfsuslar olsun ki, səhv buraxdıq və bunun da nəticəsində qapımızda qol gördük. Birinci qarşılaşmalar həmişə ağır olur. Qarşıdakı oyunlarda qələbə qazanmağa çalışacağıq. "Rəvan" komandasına uğurlar arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB