Teymur Məmmədov 1/4 finalda qələbə qazandı və olimpiya medalını təmin etdi CANLI
London Yay Olimpiya Oyunlarında boks üzrə Azərbaycan millisinin üzvü Teymur Məmmədov 1/4 final mərhələsində döyüşə çıxır. Siasport.az saytının məlumatına görə, 91 kq çəki dərəcəsində yarışan təmsilçimiz belaruslu Sergey Korneyevlə münasibətlərə aydınlıq gətirir.
Qeyd edək ki, boksçumuz bu rəqibini məğlub edəcəyi təqdirdə ən azı bürünc medalı təmin edəcək.
----------------------------------------------------------------------------------------------------------------------------
Təmsilçimiz və rəqibi rinqə dəvət olunurlar.
Döyüş başladı və artıq Teymur rəqibinə 6 dəqiq zərbə endirdi.
Artıq ilk hissə başa çatır. Hələ ki, döyüşə boksçumuz nəzarət edir.
Birinci hissədə 9:4 hesabı ilə Teymur qələbə qazanır.
İkinci hissə başladı. Boksçumuz açıq şəkildə rəqbindən üstündür.
Teymur rəqibinə əks zərbələr endirir və bu üsul effektli alınır.
Belarus boksçusu aktivlik göstərir.
İkinci hissə başa çatdı və rəqib 9:6 hesablı qələbə qazandı.
Üçüncü hissə başladı.
Teymur rəqibin zərbələrindən yayınaraq, əks zərbələr endirir.
Boksçumuzun yorğun olduğu hiss olunur. O, ilk hissədəki aktivliyi göstərməsə də, rəqibinə ondan çox üstün olmağa imkan vermir.
Döyüşün başa çatmasına saniyələr qalıb.
Döyüş başa çatdı. Boksçular hakimlərin qərarını gözləyirlər.
Və Teymur qələbə qazandııııııııııııııııııı. O, ən azı bürünc medalı təmin etdi.
Ümumi nəticə 19:19 olsa da, hakimlər qələbəni boksçumuza verirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB