Bu gün olimpiadada daha 3 idmançımız mübarizə aparacaq

Bu gün olimpiadada daha 3 idmançımız mübarizə aparacaq

London Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın daha 3 idmançısı mübarizə aparacaq. Siasport.az saytının məlumatına görə, olimpiadanın 10-cu günündə yunan-Roma güləşçilərimiz Həsən Əliyev (60 kq), Saman Təhmasibi (84 kq) və boks üzrə 1/4 finala vəsiqə qazanmış Məhəmmədrəsul Məcidov yarışacaq.

Boks

1/4 final

Məhəmmədrəsul Məcidov (+91 kq) – saat 02:30

Yunan-Roma güləşi
1/8 final

Həsən Əliyev (60 kq) – saat 17:30
Saman Təhmasibi (84 kq) – saat 17:30

Bütün xəbərlər Facebook səhifəmizdə