Azərbaycan Premyer Liqasının ilk turu yekunlaşdı NƏTİCƏLƏR

Azərbaycan Premyer Liqasının ilk turu yekunlaşdı NƏTİCƏLƏR

Azərbaycan Premyer Liqasının birinci turuna yekun vurulub. Siasport.az saytının məlumatına görə, ikinci oyun günündə iki qarşılaşma baş turub. "İnter" "Qarabağ"la, "Rəvan" "Xəzər Lənkəran"la heç-heçə edib.

5 avqust

"İnter" - "Qarabağ" 1:1

Qollar: Admir Teli 88 (avtoqol) - Muarem Murem 37

"AZAL Arena"

Baş hakim: Fariz Yusifov

"Rəvan" - "Xəzər Lənkəran" 1:1

Qollar: Salidu Bundu 10 - Branimir Subaşiç 55

"Dalğa Arena"

Baş hakim: Vüsal Əliyev

4 avqust

"Simurq" - "Qəbələ" - 1:1

Qollar: İlkin Qırtımov 66 - Deyan Kelhar 21

"Kəpəz" - "Turan" - 1:2

Qollar: İrakli Bereya 13 - Murad Ağakişiyev 39, Azər Məmmədov 75

"Sumqayıt" - AZAL - 2:2

Qollar: Orxan Əliyev 45, Pərdis Fərcad-Azad 59 - Cavid Tağıyev 15, Zohair Benouahi 72

Bütün xəbərlər Facebook səhifəmizdə