Böyük Britaniyanın paytaxtı Londonda XXX Yay Olimpiya Oyunları davam edir. Siasport.az saytının məlumatına görə, yarışa 1/8 final mərhələsindən qoşulan Azərbaycanın yunan-Roma güləşçisi Emin Əhmədov (74 kq) olimpiya oyunlarında Neven Zuqaçı (Xorvatiya), Zurabi Datunaşvilini (Gürcüstan) məğlub edərək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə məğlub olan E.Əhmədov təsəlliverici görüşdə bürünc medal uğrunda mübarizəni davam etdirib.
Azərbaycan pəhləvanı üçüncü yer uğrunda qarşılaşmada Belarus idmançısı Aleksandr Kikiniunu məğlub edib və bürünc medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB