London Yay Olimpiya Oyunlarında daha bir ağırlıqqaldıranımız çıxışını başa vurub. Siasport.az saytının məlumatına görə, İntiqam Zairov təsnifat mərhələsinin A qrupunda mübarizə aparıb. 94 kq çəki dərəcəsində yarışan idmançımız birdənqaldırmada 182 kq-ın öhdəsindən gəlib.
Təmsilçimiz təkanlaqaldırmada isə 215 kq nəticə göstərib.
İki hərəkətin cəmində o, 397 kq nəticə ilə 6-cı olub. Yarışın 1-cisi isə qazaxıstanlı İlia İlyin olub. O, iki hərəkətin cəminə görə 418 kq qaldırıb. Bu, yeni olimpiya və dünya rekordu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB