“Sualları məşqləri və yarışları üçün nazirliyin kifayət qədər maliyyə ayırdığı məşqçi və idmançılara da ünvanlayın”

“Sualları məşqləri və yarışları üçün nazirliyin kifayət qədər maliyyə ayırdığı məşqçi və idmançılara da ünvanlayın”

London Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının uğursuz çıxışları ilə əlaqədar olaraq, Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya jurnalistlərin etdiyi zənglər və göndərdikləri smslərə nazirlik rəsmisindən elektron potç vasitəsilə ümumi cavab göndərilib. Siasport.az saytının məlumatına görə, S.Məmmədova ümumi olaraq jurnalistlərin e-maillərinə yazdığı məktubda GİN-nin öz öhdəsinə götürdüyü vəzifələri layiqincə yerinə yetirdiyini qeyd edib, uğursuzluqla bağlı sualları məşqçi və idmançılara ünvanlanmağı məsləhət görüb: "Mənə edilən zəngləri və mesajları nəzərə alaraq qeyd etmək istəyirəm ki, əziz jurnalistlər, hər kəsin olimpiada ilə bağlı narahatçılığını başa düşürəm. Gənclər və İdman Nazirliyinin mətbuat katibi olaraq məsuliyyətimizi anlayıram və tam əminliklə deyə bilərəm ki, qurum idmanın inkişafı üçün öz öhdəsinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir. Məndən daim uğursuzluğun səbəbini soruşan jurnalistlərdən ricam budur ki, bu sualları məşqləri və yarışları üçün nazirliyin kifayət qədər maliyyə ayırdığı məşqçi və idmançılara da ünvanlayasınız".

Bütün xəbərlər Facebook səhifəmizdə