Əsgər Abdullayev: "Futbolçular arasında anlaşma istənilən səviyyədə deyil"
Azərbaycan Premyer Liqasının I turunda "Kəpəz" doğma meydanda "Turan"ı qəbul ediib və məğlub oldub - 2:1. Siasport.az saytının məlumatına görə, matçdan sonra komandaların baş məşqçiləri oyun barədə danışıblar:
Əsgər Abdullayev, "Turan" klubunun baş məşqçisi: "İyulun 10-dan məşqlərə başlamışıq. Prinsipimiz əsasən gənc futbolçulara üstünlük verməkdir. Oyunun başlanğıcında da göründü ki, futbolçular arasında anlaşma istənilən səviyyədə deyil. İlk qolu biz buraxsaq da, daha sonra komanda yaxşı oyun göstərdi və qalib gəldik".
Fuad İsmayılov, "Kəpəz" klubunun baş məşqçisi: "Biz hazırlıqlara "Turan"dan öncə başlamışdıq. Bu cür nəticəni gözləmirdik. Oyuna yaxşı hazırlaşmışdıq. İlk qoldan sonra futbolçular ruhdan düşməməli idi. Bu, bizim üçün son deyil, mübarizəmizi davam etdirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB