Bernhard Raab: "AZAL oyun baxımından bizdən güclü idi"

Bernhard Raab: "AZAL oyun baxımından bizdən güclü idi"

Azərbaycan Premyer Liqasının I turunda AZAL səfərdə "Sumqayıt"ın qonağı olub. Siasport.az saytının məlumatına görə, hərəyə iki dəfə fərqlənən komandalar meydandan bərabərliklə ayrılıblar - 2:2. Oyundan sonra hər iki komandanın baş məşçisi fikirlərini bildiriblər:

Şakir Qəribov, AZAL klubunun məşqçisi: "Hər iki komandanı bir xal qazanması münasibəti ilə təbrik edirəm. Biz qol imkanlarından yaxşı istifadə edə bilmədik. Müdafiəçilərimiz kobud səhvlər buraxdılar. Hesabda geri olmağımıza baxmayaraq, bərabərlik qolunu vura bildik. Amma komandadan razıyam. Heyətdə 18 nəfər dəyişiklik olub. Bu futbolçular heç 20 gün deyil bir yerdədilər. Gələn oyunlarda səhvlər buraxmamağa çalışacağıq".

Bernhard Raab, "Sumqayıt" klubunun baş məşqçisi: "AZAL oyun baxımından bizdən güclü idi. Komandam yaxşı mübarizə apardı. Bəxtimiz gətirmədi və iki futbolçumuzu əvəz etmək məcburiyyətində qaldıq. Bununla da oyun sistemimiz pozuldu. İlk oyunda bir xal qazana bildik. Komandamdan razıyam".

Bütün xəbərlər Facebook səhifəmizdə