Azərbaycan təmsilçisi Nataliya Mustafayeva bu gün London Yay Olimpiya Oyunlarında çıxışını başa vurub. Siasport.az saytının məlumatına görə, akademik avarçəkmə yarışlarında 1 nəfərlik qayıqla mübarizə aparan xanım idmançımız B finalında 7-12-ci yerlər uğrunda yarışıb. Təmsilçimiz 2000 metr məsafəyə yürüşdə bütün rəqiblərindən geri qalaraq, 12-ci yeri tutub. O, 8:23.64 san nəticə göstərib.
ABŞ avarçəkəni isə bu qrupda 1-ci olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB