Velosiped idmanı üzrə Rusiya olimpiya yığmasının xanım yürüşçüsünün olimpiya oyunlarında çıxışından əvvəl dopinq qəbul etdiyi məlum olub. Siasport.az saytının məlumatına görə, idmançı trekdə atasının rəhbərliyi ilə, Rusiya Velosiped İdmanı Federasiyası tərəfindən təsdiq edilməmiş fərdi plan üzrə məşq edib. Lakin Rusiya İdman Nazirliyi onun startına icazə verib.
Xanım idmançı qadağan edilmiş maddələrdən istifadə etdiyini etiraf edib.
22 yaşlı xanım veloyürüşçü fərdi sprintdə start götürməli idi. Lakin bunun əvəzinə o, evə göndərilib.
"Reuters" agentliyi sonradan Beynəlxalq Velosipedçilər İttifaqının bəyanatına istinadla məlumat verib ki, dopinq qəbul etməkdə ifşa olunmuş rusiyalı xanımın adı-soyadı Viktoriya Baranovadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB