Kubalı idmançı Lauris Pupo kiçikkalibrli tapançadan 25 metr məsafəyə atəşaçma yarışlarında olimpiya çempionu olub. Siasport.az saytının məlumatına görə, Böyük Britaniyanın paytaxtı Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında 34 xal toplayan Kuba snayperi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Hindistan idmançısı Vicay Kumar 30 xalla ikinci, Din Fena (Çin) isə 27 xalla üçüncü olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB