Olimpiadada azarkeş faşist salamına görə həbs olundu

Olimpiadada azarkeş faşist salamına görə həbs olundu

Yay Olimpiya Oyunlarında litvalı azarkeş Petras Leskinskas cəzalandırılıb. Siasport.az saytının məlumatına görə, o faşistlərə məxsus salam verdiyinə görə mülki geyimli polislər tərəfindən saxlanılıb. Belə ki, Litva ilə Nigeriya komandaları arasında keçirilən basketbol qarşılaşmasında sözügedən şəxs əlini qaldıraraq faşist salamı verib. 36 yaşlı Petras Leskinskasa məhkəmə irqçiliyə görə 2500 funt-sterlinq cəza kəsib. Cəriməni ödəməyəcəyi halda isə onu 28 gün həbs cəzası gözləyir.

Qeyd edək ki, həmin matçda top nigeriyalılara keçəndə azarkeşlər meymun səsi çıxarıb, irqi ayrı-seçkilik hərəkətlərinə yol veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə