Cəzaçəkmə müəssisəsində mini-futbol turniri keçirilib

Cəzaçəkmə müəssisəsində mini-futbol turniri keçirilib

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq Penitensiar xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranma gününə həsr olunmuş mini-futbol üzrə turnir keçirilib. Siasport.az saytının məlumatına görə, cəzaçəkmə müəssisəsinin məhkumlarından ibarət 8 komandanın iştirakı ilə dairəvi sistem üzrə keçirilən turnirdə I yeri "Qarabağ", II yeri "Sahil", III yeri isə "Karvan" komandası tutub.
Turnirdə I, II və III yerlərə layiq görülmüş komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri ilə və müvafiq dərəcəli diplomlarla təltif olunub, müəssisəyə voleybol toru və toplar hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə