Daha bir idmançımız olimpiada ilə vidalaşdı

Daha bir idmançımız olimpiada ilə vidalaşdı

London Olimpiadasında Azərbaycan yığmasının üzvü Dmitri Marşin yüngül atletika yarışlarına qatılıb. Siasport.az saytının məlumatına görə, idmançımız çəkicatma üzrə yarışıb. Marşin mübarizəyə təsnifat mərhələsindən başlayıb. Atletimiz B qrupunda mübarizə aparıb.

Təmsilçimizin ilk cəhdində 72.06 metr nəticə qeydə alınıb. İkinci cəhdində isə o, atışı düzgün yerinə yetirmədiyi üçün nəticəsi ləğv edilib. Son cəhdində atletimiz ilk nəticəsini cüzi şəkildə yaxşılaşdırıb. O, 72.85 metr nəticə göstərib. Bu nəticə isə idmançımızın finala yüksəlməsi üçün bəs etməyib və Marşin yarışla vidalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə