Olimpiadada idmançımızın rəqibində dopinq çıxdı

Olimpiadada idmançımızın rəqibində dopinq çıxdı

XXX London Yay Olimpiya Oyunlarında atletikanın çəkicatma növündə çıxış edəcək Azərbaycan təmsilçisi Dmitri Marşinin əsas rəqibi yarışdan kənarlaşdırılıb. Siasport.az saytının məlumatına görə, əsas favorit hesab olunan Belarus atleti İvan Tixon yarışa buraxılmayıb. Buna səbəb atletdən götürülən dopinq-testin nəticəsi olub. Səkkiz il əvvəl Afina Yay Olimpiya Oyunlarında İ.Tixonun verdiyi testlər yenidən yoxlanılıb. Son yoxlamalara əsasən, idmançı London Olimpiadasına buraxılmayıb. Üstəlik, Afina - 2004-də qazandığı gümüş medal da onun əlindən alınacacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə